Dünya Antidopinq Agentliyi Rusiyanı olimpiya oyunlarında və dünya çempionatlarında iştirak hüququndan məhrum edib.
APA-nın xəbərinə görə, bu barədə Dünya Antidopinq Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Təşkilatın İcraiyyə Komitəsi Rusiya Antidopinq Agentliyinin Ümumdünya antidopinq kodeksinə uyğunluq statusunun ləğv edilməsi haqda təklifi vahid səslə qəbul edib.