"Yuventus"un hücumçusu Kriştianu Ronaldonun oğlu atasından heç də geri qalmır. Lent.az-ın məlumatına görə, portuqaliyalı futbolçunun oğlu, 9 yaşlı kiçik Ronaldo indidən adından söz etdirməyə başlayıb.
O, Turin klubunun U-9 komandasının heyətində qatıldığı “Trophеe Cavour” turnirində ən yaxşı hücumçu seçilib. Kiçik Ronaldo turnirdə 3 qol vurub. Onun komandası finalda “Kyeri”yə 3:2 hesabı ilə qalib gələrək çempion adını qazanıb.
Qeyd edək ki, Kriştianu “Yuventus”a keçəndən oğlu Turin təmsilçisinin akademiyasında futbol oynayır.