BAXCP növbədənkənar parlament seçkilərində iştirak edəcək
09 dekabr 2019 12:01 (UTC +04:00)

BAXCP növbədənkənar parlament seçkilərində iştirak edəcək

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyadan Lent.az-a daxil olan məlumata görə, iclasda partiyanın 2020-ci ildə, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı məsələ müzakirə olunub.


Aparılan müzakirələr nəticəsində BAXCP-nin Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edilib.


BAXCP 30 seçki dairəsi üzrə namizəd irəli sürəcək. Yaxın günlərdə BAXCP tərəfindən müvafiq dairələr üzrə deputatlığa namizədliyi irəli sürülən şəxslər haqqında kütləvi informasiya vasitələrinə ətraflı məlumat veriləcək.

 

# 1330
avatar

Oxşar yazılar