"Qazel" at çapan oğlanı vurub öldürdü
09 dekabr 2019 10:34 (UTC +04:00)

"Qazel" at çapan oğlanı vurub öldürdü

Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə dekabrın 4-də səhər saat 9 radələrinə Qara Nuru kəndi ərazisində qeydə alınıb. Belə ki, Sabirabad rayonu Balakənd kənd sakini 56 yaşlı Hüseynov Kamil Ələsgər oğlu idarə etdiyi “QAZ 33021” markalı avtomobillə asfalt yolda at sürən Saatlı rayonu Qara Nuru kənd sakini 1996-cı il təvəllüdlü Nurlan Abasquliyevi vurub. Nəticədə nurlan Abasquliyev “açıq kəllə-beyin travması, koma” diaqnozu ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına daxil olub. O aldığı xəsarətlərdən dekabrın 8-də saat 11 radələrində xəstəxanada ölüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.

# 984
avatar

Mehman Nəbiyev

Oxşar yazılar