Deputat Yevda Abramovla vida mərasimi keçirilir - FOTO
08 dekabr 2019 12:00 (UTC +04:00)

Deputat Yevda Abramovla vida mərasimi keçirilir - FOTO

Uzun sürən xəstəlikdən sonra dünyasının dəyişən Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, mərasim Qubada “Mədəniyyət evi”ndə təşkil olunub.

Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin üzvləri, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini idi.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1653

Oxşar yazılar