Abşeronda avtobus azyaşlını vurub, vəziyyəti ağırdı
06 dekabr 2019 02:49 (UTC +04:00)

Abşeronda avtobus azyaşlını vurub, vəziyyəti ağırdı

 

 

Abşeron rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Xırdalan şəhərində qeydə alınıb.

596 saylı sərnişin avtobusu 2009-cu il təvəllüdlü Xudaverdiyev Əliabbas Arif oğlunu vurub.

Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

# 1062
avatar

Oxşar yazılar