Azərbaycanın tanınmış yazıçısının hərbçi nəvəsi vəfat etdi - SƏBƏB
04 dekabr 2019 18:39 (UTC +04:00)

Azərbaycanın tanınmış yazıçısının hərbçi nəvəsi vəfat etdi - SƏBƏB

Hərbi qulluqçu kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib. Sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyə edilərkən o, yolda keçinib.

Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həkimlərin ilkin ehtimalına görə hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Qeyd edək ki, A. Məlikzadə yazıçı İsi Məlikzadənin nəvəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2251

Oxşar yazılar