2198
19:41
04 Dekabr 2019

Milyonçunun oğlu 21 ildir küçədə yaşayır – SƏBƏB


İndi 37 yaşı olan Rayan Staffer qadağan olunmuş maddələri uşaqlıqdan qəbul etməyə başlayb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, o vaxtdan onun dəbdəbəli yaşamaq perspektivi puç olub. O, dəbdəbəli ev əvəzinə narkotik asılılığından xilas ola bilmədiyindən 21 ildir küçədə yaşayır.

Öz həyatından bəhs edən Rayan söyləyir ki, “yaxşı oğlandır, ancaq başqa yolla gedib”. Onun hər şeyi ola bilərdi: şəxsi müəllimləri, mütəmadi səyahətləri, prestijli universitetlər. Ancaq bunların əvəzinə, on illərlə harada gəldi yatıb. Bunun günahı spirtli içki və narkomanlığıdır.

O, 11 yaşı olanda marixuana çəkməyə başlayıb. Sonra spirtli içki və digər qadağan olunmuş maddələr qəbul edib. Valideynlərinin dözümü sona çatıb.

“15 yaşım olanda məndən üz döndərdilər. Mən ciddi narkoman deyildim, sadəcə dəbdəbəli gecələri sevirdim. Ancaq indi küçədə yaşayıram. Budur, artıq 21 ildir”, - Rayan vurğulayır.

Rayan bu müddətdə ata da olub. Doğrudur, qızı ilə görüşə bilmir. Anasının həddindən artıq qəbul etdiyi narkotik səbəbindən ölməsindən sonra qız qohumları ilə başqa şəhərdə yaşayır. Rayan qızının xatirinə normal vətəndaş kimi həyat arzulayır. İti, sürücülük vərəqəsi və işi olsun.

Ata və anasının evdən qovmasından uzun müddət keçməsinə baxmayaraq, Rayan hərdən onlarla görüşür. Valideynləri oğullarının bu həyat tərzini qınasalar da, buna baxmayaraq, onu bir fincan çay içməyə və nahara dəvət edirlər. Ancaq həmişə belə olmur.

“Ötən Yeni ildə anam məni evdən qovdu. Yadımdadır, kimsə mənə araq vedi. Həmin gün hamısını içdim”, - Rayan deyir.