UEFA prezidenti: "Britaniyalıların narazılığı haqsızdır"
04 dekabr 2019 09:26 (UTC +04:00)

UEFA prezidenti: "Britaniyalıların narazılığı haqsızdır"

“Avropa Liqasının finalında iki Azərbaycan klubu oynasaydı və bunun Londonda keçiriləcəyini söyləsəydik, heç kim şikayət etməzdi”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib. 

Sloveniyalı funksioner yayda Avropa Liqasının final oyunun Bakıda keçirilməsi qərarı ilə bağlı səslənən fikirlərə növbəti dəfə cavab verib. Çeferin bildirib ki, həmin qərar düzgün verilib və britaniyalıların narazılığı haqsızdır.

UEFA prezidenti "Çelsi" ilə "Arsenal" arasındakı həlledici qarşılaşmanın İngiltərədən uzaqda yerləşən Azərbaycanda keçirilməsi ilə bağlı tənqidləri də qəbul etməyib.

Onun sözlərinə görə, Bakının ev sahibliyi etdiyi həlledici qərardan peşman deyil: "İngiltərə Premyer Liqa klubunun prezidenti mənə bildirdi ki, yerli azarkeşlər ən ucuz bilet və ən bahalı oyunçular istəyir. Heç kim finalın İngiltərədə keçirilməsini tələb edə bilməzdi. Bakı ilə bağlı qərar zamanı iki ingilis komandasının həlledici matça vəsiqə qazanacağını kim deyə bilərdi? Rusiyanın "Zenit" klubu Avropa Liqasını qazanmışdı. Onlar üçün Bakıya getmək Londondan daha yaxındır. Yalnız finaldan bir ay öncə iki ingilis komandasının həlledici görüşdə üz-üzə gələcəyini bildik. Qərarı və yeri dəyişmək mümkün deyil. Çünki il yarım öncədən hazırlıqlar başlayır. Həm də Azərbaycan xalqı çox qürurlu, xoşbəxt idi. Uzaq olduqları üçün bu finalı izləməyə layiq olmadıqlarını düşünmək ayrıseçkilik olar"

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən final matçında "Çelsi" "Arsenal"a 4:1 hesabı ilə qalib gəlib.

# 836
avatar

Oxşar yazılar