Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
29 noyabr 2019 17:42 (UTC +04:00)

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

 

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. 

Bakıda və Abşeron yarımadasında dekabrın 2-də güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 2-də bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

 

 

 

 

# 23355
avatar

Aygün İbrahimli

Oxşar yazılar