Azərbaycanda DƏHŞƏTLİ qəza: ər-arvad yandı - YENİLƏNİB
29 noyabr 2019 12:30 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏTLİ qəza: ər-arvad yandı - YENİLƏNİB

 

Ağcabədidə baş verən yol qəzasında avtomobildə yanaraq ölən şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, qəza nəticəsində “VAZ-21099”un sürücüsü, Ağcabədi rayon Pəroğullar kənd sakini, 67 yaşlı Dədəkişiyev Hüseyn Məhəmməd oğlu və onun həyat yoldaşı, 71 yaşlı Dədəkişiyeva Güllü Fərrux qızı yanaraq ölüblər. 

Qəza nəticəsində “VAZ-2107” markalı, 10 CF 494 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, rayonun Xocavənd qəsəbə sakini Məmmədov Orxan İlham oğlu xəsarətlə xəstəxanaya yerləşdirilib.

***

10:31

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ağcabədi rayonunun Avşar kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2798

Oxşar yazılar