Jurnalistə birbaşa efirdə donuz hücum etdi – VİDEO
28 noyabr 2019 19:09 (UTC +04:00)

Jurnalistə birbaşa efirdə donuz hücum etdi – VİDEO


Yunanıstanlı jurnalist Lazos Mantikos Kineta qəsəbəsindəki qasırğanın fəsadları ilə bağlı danışmaq üçün ANT 1 telekanalının birbaşa efirinə qoşulub.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, ancaq ona donuz hücum etdiyindən, Lazos ondan qaçmağa məcbur olub.

“Sabahınız xeyir, bizdə problem yaranıb. Yorqas, mən eşidirsən? Oradakı donuz bütün səhəri bizi izləyib. Uşaqlar, bağışlayın, yerimdə dayana bilmirəm – məni dişləyir”, - jurnalistin qısa reportajı belə alınıb.

Lazosun studiyadakı həmkarları baş verənləri gülüşlə qarşılayaraq donuzla bütün məsələləri həll etməyi məsləhət görüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1343

Oxşar yazılar