Tiflisdə aksiyalar yenidən başladı
28 noyabr 2019 09:31 (UTC +04:00)

Tiflisdə aksiyalar yenidən başladı

Gürcüstan müxalifəti parlament binası qarşısında keçirdiyi etiraz aksiyasını bərpa edib.

APA-nın yerli bürosu xəbər verir ki, səhər saatlarından parlament binasının yerləşdiyi Rustaveli prospektinə toplanan müxalif "Avropalı Gürcüstan" və "Vahid Milli Hərəkat" partiyalarının tərəfdarları qanunverici orqanı yenidən bloklayacaqlarını açıqlayıblar. Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və parlamentin bütün giriş nöqtələri polisin nəzarətindədir. 

Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin payız sessiyasının növbəti iclasının keçirilməsi planlaşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1082

Oxşar yazılar