Naməlum hərbi təyyarələr Suriyanın əl-Bab şəhərinə zərbə endirib
26 noyabr 2019 06:40 (UTC +04:00)

Naməlum hərbi təyyarələr Suriyanın əl-Bab şəhərinə zərbə endirib

 

Beynəlxalq koalisiyaya məxsus olduğu iddia edilən hərbi təyyarələr bazar ertəsi Suriyanın şimalındakı Əl-Bab şəhərinə raket zərbələri endirib. 

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Şam FM” radiostansiyası xəbər yayıb. 

Bildirilib ki, aviazərbələr əsasən Türkiyəyə meyilli qruplaşmaların nəzarətində olan əl-Bab ətrafındakı kəndlərə endirilib. 

Livanın “əl-Mayadeen” telekanalının xəbərinə görə, "naməlum təyyarələr” Hələb şəhərinin şimal-şərq ərazisinə yeddi raket mərmisi atıb. 

“Naməlum təyyarələr” Hələbin şimal-şərqindəki neft emalı zavodlarına hücum edib", - televiziya kanalı bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1014

Oxşar yazılar