Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı piyada xəsarət alıb.
Qəza 8-ci mikrorayon ərazisində qeydə alınıb.
Minik avtomobili "Piknik" kafenin yaxınlığında yolu keçmək istəyən 27 yaşlı İsmayılov Rəşid İsmayıl oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.