Balqabaqlı plovun hazırlanması – Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
23 noyabr 2019 19:17 (UTC +04:00)

Balqabaqlı plovun hazırlanması – Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla balqabaqlı plovun hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

Balqabaq, düyü, ət, yağ, zoğal (zirinc, alça və ya hər hansısa turş meyvə), duz, qırmızı istiot, qara istiot, sarıkök, pul bibər.

Hazırlanması:

Düyünü yuyub 2 saat suda islatdıqdan sonra qaynadırıq. Sonra əti doğrayaraq, üzərinə duz, pul bibər səpib, yağda bişiririk.

Balqabaq doğranır, duz, qara istiot, qırmızı istiot əlavə edilib qarışdırılır.

Daha sonra bişirəcəyimiz qazana yağ tökür, balqabağı əlavə edirik. Onun üzərinə zoğalı, düyünün bir hissəsini tökürük. Düyünün üzərinə əti, düyünün qalan hissəsini əlavə edir, sarıkök səpirik və yeməyin bişməsini gözləyirik.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9964

Oxşar yazılar