BDU-dan zəhərlənən tələbə qızlarla bağlı AÇIQLAMA: "Evə buraxılacaqlar"
22 noyabr 2019 11:33 (UTC +04:00)

BDU-dan zəhərlənən tələbə qızlarla bağlı AÇIQLAMA: "Evə buraxılacaqlar"

"Bakı Dövlət Universitetinin (BDU) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır".

Bu barədə Lent.az-a BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. O bildirib ki, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar:

"Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər.

Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq".

 

# 1872
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar