“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib
20 noyabr 2019 14:26 (UTC +04:00)

“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib

 

Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamına əsasən şəhərinin yubileyi təntənəli şəkildə qeyd edilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, millət vəkilləri, Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri, ictimai xadimlərin iştirak etdiyi tədbirə “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Savaş Uzan, Bakı Qida və Yağ Fabriki, Azərbaycan Kağız və Karton İstehsalı, “Bazarstore”, “Al market” və “Azərsun Holdinq”in Sumqayıt satış nümayəndəliyi təmsil olunub.

Sumqayıt şəhəri İcra Hakimiyyətinin qarşısında təşkil edilmiş paradda Şirkətlər Qrupunun yüzlərlə əməkdaşı  iştirak edərək səmaya sülhün rəmzi olan 70 ağ göyərçin buraxıblar. 

Daha sonra təşkil edilən konsertdə “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın təşəbbüsü ilə hazırlanmış və Sumqayıtın 70 illiyinə həsr edilmiş mahnı səsləndirilib. “Möcüzə” və “Zeytun bağları” markalarının sifarişi ilə bəstələnən və Cəbrayıl Rəsulovun ifa etdiyi mahnı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Sumqayıtda fəaliyyət göstərən “Azərsun Sənaye Parkı” 2014-cü ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə istismara verilib. Yüzlərlə sumqayıtlının işlə təmin edildiyi Bakı Qida və Yağ Fabriki ilə Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq insanların sosial-rifah halının yüksəldilməsində mühüm rol oynayır. 

Qeyd edək ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holdinq” müəssisələrinin fəaliyyət göstərdiyi bütün bölgələrin sosial həyatında yaxından iştirak edir və təşkil edilən layihələrə öz dəstəyini göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2132
avatar

Oxşar yazılar