Bağdadda TERROR: 6 ölü, 30 yaralı
16 noyabr 2019 03:29 (UTC +04:00)

Bağdadda TERROR: 6 ölü, 30 yaralı

 

İraqın paytaxtı Bağdadda nümayişlərin davam etdiyi Təhrir meydanında növbəti terror aktı olub.

APA “Anadolu”ya istinadla xəbər verir ki, ilkin açıqlamalara görə, bomba partlaması nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb.
    
İraq təhlükəsizlik mənbələrindən verilən xəbərdə bildirilib ki, bomba Təhrir meydanı yaxınlığında parkda yerləşdirilib. 

Partlayış paytaxtın bir çox nöqtələrində eşidilib.

# 662
avatar

Oxşar yazılar