390
12:38
13 Noyabr 2019

Sabah diabetlə bağlı aksiya keçiriləcək - NAZİRLİK

Noyabrın 14-də saat 11.00-da Park Bulvarda “Diabet: Ailənizi qoruyun!” adlı maaifləndirici aksiya keçiriləcək.

Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 14 noyabr – Ümumdünya Diabet Gününə həsr olunmuş aksiya keçiriləcək. Aksiya zamanı maarifləndirici çap materialları paylanılacaq. Arzu edən şəxslərdə qanda şəkərin miqdarı yoxlanılacaq və nəticələr əsasında ona lazımi tövsiyələr veriləcək.

Sağlam qidalanma guşəsində gündəlik istifadə olunan məhsulların tərkibindəki karbohidratın və qlükozanın miqdarı əhalinin diqqətinə çatdırılacaq. Eyni zamanda, aksiya zamanı maarifləndirici viktorina keçiriləcək və qaliblər mükafatlandırılacaq.