2 günə 9 nəfər öldü - Qorxunc statistika
11 noyabr 2019 12:58 (UTC +04:00)

2 günə 9 nəfər öldü - Qorxunc statistika

Daxili İşlər Nazirliyi ötən gün respublikada baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.

Nazirlikdən Lent.az-a 2 gün ərzində törədilən 31 cinayətin üstü “isti izlər”lə açıldığı bildirilib. Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 8 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

# 1068
avatar

Mehman Nəbiyev

Oxşar yazılar