“Şah“ Levon Aronyana qarşı
10 noyabr 2019 19:52 (UTC +04:00)

“Şah“ Levon Aronyana qarşı

Təmsilçimiz 6-cı pillədə qərarlaşıb
Rumıniyada şahmat üzrə Grand Chess Tur seriyasının növbəti mərhələsi keçirilir.

Yarışda mübarizə aparan şahmatçımız Şəhriyar Məmmədyarov 9 blits partiyada bacarığını nümayiş etdirəcək.

Həmyerlimizin 10-cu turdakı rəqibi erməni Levon Aronyan olacaq.

Hazırda Məmmədyarov 13 xal yarımla 6-cı pillədə qərarlaşıb. Şəhriyar, lider Anton Karobovdan 3 xal geri qalır.

Qeyd edək ki, seriyanın qalibi iddiaçılar turnirinə vəsiqə əldə edəcək.

 

(realtv)

# 1304
avatar

Oxşar yazılar