Sürücülük vəsiqələrinə elektron çip yerləşdiriləcək
09 noyabr 2019 10:30 (UTC +04:00)

Sürücülük vəsiqələrinə elektron çip yerləşdiriləcək

 

Nazirlər Kabineti "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 aprel tarixli 145 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən, vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdiriləcək.

Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı (çip) vasitəsilə eyniləşdirilir. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1171

Oxşar yazılar