İraq kəşfiyyatı iki İŞİD liderini saxladı
08 noyabr 2019 07:33 (UTC +04:00)

İraq kəşfiyyatı iki İŞİD liderini saxladı

 


İraq kəşfiyyatı cümə axşamı Salah əd-Din əyalətinin şərqində İŞİD terror qruplaşmasının iki liderini saxlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kəşfiyyat Xidmətinin direktoru Firas əl-Zubeidi “al-Sumaria” telekanalına açıqlamasında deyib.

O bildirib ki, kəşfiyyatçıların ayıq-sayıqlığı nəticəsində Tuz-Xurmatu şəhərində iki İŞİD lideri saxlanılaraq zərərsizləşdirilib.

Direktorun sözlərinə görə, tutulan şəxslərdə silah və sursatlar aşkarlanıb. 

Lakin terrorçuların adları açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878

Oxşar yazılar