Biləsuvar rayonunda ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Biləsuvarda ümumi sahəsi 216 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.