Qaz xəttini yenə zədələdilər: 9 kənddə problem yarandı
04 noyabr 2019 13:12 (UTC +04:00)

Qaz xəttini yenə zədələdilər: 9 kənddə problem yarandı

Şamaxı rayonunda Cabanı-Əngəxaran avtomobil yolunun tikintisini icra edən təşkilata məxsus texnika ilə 160 mm diametrində polietilen “Çuxuryurd-Sabir” qaz xəttini yenidən zədələyiblər.

Bu barədə Lent.az-a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dünən də sözügedən ərazidə anoloji hadisə baş verərək, üçüncü dəfə təkrarlanıb. Buna baxmayaraq “Azəriqaz”ın texnikası və işçi heyəti qəzanın fəsadlarının aradan qaldırılması üçün səfərbər olub və noyabrın 3-də saat 20:00-da qazın verilişi bərpa olunub. Bu gün səhər saatlarında isə “Çuxuryurd-Sabir” qaz xəttini yenidən eyni təşkilat zədələyib.

Məlumat üçün bildirək ki, sözügedən ərazidə qaz təchizatının dayandırılması Şamaxı rayonu üzrə 9 kənddə qazın verilişində fasiləyə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar