
Bakı UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salındı
Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Lent.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının UNESKO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb.
Bu il 31 oktyabr - Dünya Şəhərlər Günü münasibətilə UNESKO 48 ölkədən 66 şəhəri “yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib.
Bu şəbəkə inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir.
UNESKO-nun yaradıcı şəhərləri mədəniyyəti inkişaf strategiyalarının əsas qayəsi kimi götürərək ən yaxşı təcrübələrini bölüşürlər. 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkəyə 246 şəhər daxildir.
Qeyd edək ki, Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür.
Oxşar yazılar

4 BÜRC üçün həyatın yeni mərhələsi başladı
9 iyul 2025 , 00:02
"Yaşayan Nostradamus"dan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ: dünya tanınmaz dərəcədə dəyişəcək
8 iyul 2025 , 20:15
Ata 6 yaşlı qızını iki arvadı olan kişiyə satdı
8 iyul 2025 , 19:20
30, 40 və 50 yaşda günəş altında nə qədər qalmaq olar?
8 iyul 2025 , 19:07
Kristiano Ronaldo 7 milyon dollarlıq dəbdəbəli yaxtası ilə tətildə - FOTOLENT
8 iyul 2025 , 16:07
Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
8 iyul 2025 , 15:52
6 saatdan az yatanda orqanizmə nə olur? - ARAŞDIRMA
8 iyul 2025 , 15:37
Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
8 iyul 2025 , 15:03