
Moskvada Nəsiminin abidəsinin açılışı oldu - FOTO
Rusiyanın paytaxtı Moskvada Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin abidəsinin açılışı olub.
APA-nın Moskva müxbirinin xəbərinə görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiya Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, M.İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel və hər iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nəsiminin abidəsi M. İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda ucaldılıb.
Abidənin müəllifi heykəltəraş Aydın Zeynalovdur.
Qeyd edək ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Azərbaycanda 2019-cu il “Nəsimi ili” elan edilib.
Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55