402
23:06
25 Oktyabr 2019

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatıb

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına səfəri oktyabrın 25-də başa çatıb.

APA xəbər verir ki, Prezident Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Energetika naziri Pərviz Şahbazov, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və digər rəsmi şəxslər yola salıblar.