
Alimlərdən “Wi-Fi”-la bağlı YENİ KƏŞF
ABŞ-ın Briqam Yanq Universitetinin alimləri "Wi-Fi" çıxış nöqtələrinin əhatə dairəsini artırmağa imkan verən bahalı "Mesh" sistemlərinin alternativini kəşf ediblər.
Lent.az "ictnews"a istinadla xəbər verir ki, tədqiqatçılar tərəfindən təklif olunan ideyanın mahiyyəti marşrutlayıcının hamıdan uzaqda olan qurğu ilə daim rabitə əlaqəsində saxlanılmasından ibarətdir.
"On-Off Noise Power Communication" (ONPC) adlı yeni protokol marşrutlayıcı və qurğu arasında saniyədə 1 bit tutumlu informasiyanın ötürülməsini nəzərdə tutur.
Beləliklə, marşrutlayıcı qurğunun "Wi-Fi"dan istifadə etməsini "başa düşəcək" və siqnalı gücləndirilmiş rejimdə yaymaqda davam edəcək.
Bir sıra eksperimentlər aparan mütəxəssislər standart "Wi-Fi" marşrutlayıcısının əhatə dairəsini 67 metr artırmağa nail olublar. Təklif edilən üsul mövcud simsiz protokol üzərindən istifadə oluna bilər. Onu proqram təminatını yeniləməklə istənilən marşrutlayıcıya quraşdırmaq mümkündür.
Tədqiqatçıların sözlərinə görə, siqnalın əhatə dairəsinin genişləndirilməsi standart güclü siqnalın mövcud olduğu zonadakı kimi eyni yüksək sürətin dəstəklənməsi demək deyil.
Oxşar yazılar

Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55
Qazaxıstanda niqab qadağan edildi
1 iyul 2025 , 03:42
İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39
Ana və körpəsini öldürüb meyitləri meşəyə atdılar
30 iyun 2025 , 14:43