Sumqayıtda yayılmış iy-qoxunun səbəbi AÇIQLANDI
23 oktyabr 2019 19:08 (UTC +04:00)

Sumqayıtda yayılmış iy-qoxunun səbəbi AÇIQLANDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Xəzər bağları massivində ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıb.
 
Lent.az-ın xəbərinə görə, nazirliyin 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib ki, araşdırma zamanı iy-qoxunun Xəzər bağları ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub: "Yanğının hansı səbəbdən baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır”.
# 336
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar