
Bu universitetin əməkdaşlarının əmək haqları artırıldı
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.
DBU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda rektor Elçin Babayev son illərdə ölkədə aparılan sosial layihələrdən, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində apardığı işlərdən danışıb, dövlət başçısı tərəfindən davamlı olaraq həyata keçirilən genişmiqyaslı tədbirlərin növbəti mərhələsi kimi dövlət büdcəsindən maliyələşən müəssisələrdə minimum əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını uğurlu sosial siyasətin göstəricisi kimi qiymətləndirib.
İclasda Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq əməkdaşların maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə BDU əməkdaşlarının, o cümlədən “Gənc istedadlar” liseyi kollektivinin əməkhaqqının sentyabr ayının 1-dən hesablanmaqla orta hesabla 20 (iyirmi) faiz artırılması haqqında qərar qəbul edilib.
Artım ümumilikdə universitetin 3000-dən çox əməkdaşına şamil olunub.
Oxşar yazılar

Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49
Sabah çimərliklərə hazırlaşanlara ŞAD XƏBƏR
11 iyul 2025 , 13:19