597
13:38
23 Oktyabr 2019

Rusiyada 5 nəfərin qətlində şübhəli bilinən şəxs tutuldu - YENİLƏNİB

Rusiya polisi Rostov vilayətində beş nəfərin qətlində şübhəli bilinən şəxsi saxlayıb.
APA -nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumatda oktyabrın 22-də Rostov vilayətinin Orlov rayonunda baş vermiş kütləvi qətl hadisəsində şübhəli bilinən 39 yaşlı şəxsin saxlanıldığı deyilir.
Hüquq-mühafizə orqanları kütləvi qətldə əli olan digər şübhəli şəxslərin də tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Qeyd edək ki, Rostov vilayətinin Orel bölgəsindəki fermalardan birində baş verən silahlı atışmada 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Polisin bildirdiyinə görə, yerli sakinlər arasında mal-qara üçün nəzərdə tutulmuş otlaq sahələrin üstündə mübahisə yaranıb. Tərəflər sonradan silaha əl atıblar.
****
03:55
Rusiyanın Rostov vilayətində silahlı insident baş verib.
APA -nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə, Rusiya Federasiyasının Rostov vilayətinin Orel bölgəsindəki fermalardan birində baş verən silahlı atışmada 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Polisin bildirdiyinə görə, yerli sakinlər arasında mal-qara üçün nəzərdə tutulmuş otlaq sahələrin üstündə mübahisə yaranıb. Sonradan razılaşa bilməyən tərəflər silaha əl atıblar.
Ov tüfəngindən açılan atəş 5 nəfərin ölümünə səbəb olub.
Hadisə yerinə cəlb edilmiş istintaq və əməliyyat qrupu hadisənin başvermə səbələrini araşdırır.
Faktla bağlı cinayət işi açılıb.
Adının çəkilməsini istəməyən şəx “Kanal 112” televiziyasının əməkdaşına bildirib ki, iki milliyyətcə çeçen olan iki ailəsi arasında otlaq sahə üstündə mübahisə uzun müddət imiş davam edirmiş.