
Bakıda yol qəzası: zərbənin gücündən sərnişin asfalta çırpılıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda qəza törədən sərxoş sürücü Alkoqol Sərxoşluğunun Yoxlanılma Məntəqəsinə gətirilib.
APA-nın məlumatına görə, sürücü Naxçıvan şəhər sakini Təbriz Cəfərli məntəqədə polisə müqavimət göstərərək qaçmağa cəhd edib.
Onun bu cəhdinin qarşısı polis tərəfindən alınıb. Sürücü inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, qəza nəticəsində ağır yaralanan sərnişin, 1990-cı il təvəllüdlü İbrahimov Kənan Şakir oğlunun da spirtli içki qəbul etdiyi məlum olub.
***
02:29
Bakıda Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində yol-nəqliyyat hadisısi baş verib.
Belə ki, sərxoş şəkildə “Wolsvagen” markalı, 90 VH 161 dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü “Bağırov körpüsü” kimi tanınan ərazidə avtomobili yüksək sürətlə səkiyə çırpıb. Zərbənin təsirindən sərnişin pəncərədən çıxaraq yerə çırpılıb.
Avtomobil deformasiyaya uğrayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının, eləcə də Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.
Sürücü saxlanılıb, Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar

Şəmkirdə odlu silahla qətl törədildi - FOTO
21 yanvar 2021 , 20:58
DİN-dən xüsusi ƏMƏLİYYAT: 14 kiloya yaxın narkotik...
21 yanvar 2021 , 18:44
Cəzalandırılan prokurorluq əməkdaşlarının SAYI AÇIQLANDI
21 yanvar 2021 , 18:42
Ötən il Bakıda qeydə alınan cinayət hadisələrinin SAYI
21 yanvar 2021 , 18:26
Ötən il qaçırılan avtomobillərin sayı AÇIQLANDI
21 yanvar 2021 , 17:42
Vətən müharibəsində yaralanan qazimiz bu gün şəhid oldu
21 yanvar 2021 , 17:24
Məsuliyyətə cəlb olunan Hərbi Prokurorluq işçilərinin SAYI
21 yanvar 2021 , 15:56
Ötən il hərbi cinayətlər azalıb - Xanlar Vəliyev
21 yanvar 2021 , 15:51