İsinmirik istisinə... <span style="color:red;">Amma pul istəyirlər - FOTO
22 oktyabr 2019 13:47 (UTC +04:00)

İsinmirik istisinə... Amma pul istəyirlər- FOTO

Bakının bəzi ərazilərində istifadə olunmayan istilik təchizatına görə vətəndaşlara borc yazılıb. 
 
Bu barədə adının çəkilməsini istəməyən bir qrup vətəndaş Lent.az-a şikayət məktubu ünvanlayıb.
 
Məsələn, Binəqədi rayonu, M.Cəlal küçəsində yaşayan sakinin evində istilik qurğusu olmadığı təqdirdə ona 90 manatdan artıq borc yazılıb. Maraqlısı budur ki, şikayətçi nəinki ona məxsus olan evdə, hətta yaşadıqları binanın, ümumiyyətlə, sovet dövründən istilik qurğusunun olmadığını iddia edir. Müşfiqabad qəsəbəsində yaşayan sakin isə istilikdən istifadə etmədiyi aylara görə də 100 manatdan artıq borc yazıldığını bildirib.
 
 
Məsələ ilə əlaqədar “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Lent.az-a açıqlama verib. O,  problemlə üzləşən abonentlərin fərdi qaydada ASC-yə müraciət etməli olduqlarını bildirib:
 
 
“Vətəndaş özü istilikdən istifadə etməməsi barədə bizə müraciət etməlidir. Əgər belə bir hal varsa, əməkdaşlarımız araşdıracaq və təbii ki, vətəndaşın borcu silinəcək. Binaya verilən istiliyin hansı mənzildə istifadə olunmasından xəbərimiz olmur. Adətən, bu problem yaşayış olmayan evlərdə qeydə alınır. Əgər vətəndaş istilikdən istifadə etmirsə, mütləq şəkildə bizə bu barədə məlumat verməlidir ki, tərəfimizdən araşdırılsın və abonentlik dayandırılsın. Abonentlik dayandırıldıqdan sonra vətəndaş ildə iki dəfə əməkdaşlarımızın gəlib yoxlama keçirilməsinə icazə verməlidir”.
 
Rafiq Əliyev belə faktlardan məlumatsız olduqlarını bildirdi. Onun sözlərinə görə, problemlə üzləşən sakinlər bununla bağlı idarəyə müraciət edərək, haqsız yerə yazılan borcları sildirə bilərlər.
# 1125
avatar

Mehman Nəbiyev

Oxşar yazılar