Qanazlığının yaratdığı <span style="color:red;">FƏSADLAR
20 oktyabr 2019 18:25 (UTC +04:00)

Qanazlığının yaratdığı FƏSADLAR

Bu gün anemiyadan əziyyət çəkənlərin sayı durmadan artır. Uşaqlarda, hamilə qadınlarda qanazlığına daha çox rast gəlinir.
 
Bəs anemiyanın yaranma səbəbi nədir? Bunun qarşısını necə almaq olar?
 
 
Mövzu ilə bağlı Lent.az-a danışan terapevt Coşqun Məmmədli bildirib ki, qanazlığı insanlar tərəfindən adi hal kimi qarşılansa da, olduqca ciddi fəsadlara gətirib çıxara bilər:
 
“Anemiya müxtəlif səbəblərdən baş verə bilir. Məsələn, qida yetməzliyindən, qanaxmadan, travmadan, irisi olaraq, çalışdığınız peşədən, xəstəliklərdən və s. səbəbləri çoxdur. Adətən kişilərdə, qadınlarda və uşaqlarda ayrı-ayrı səbəbdən baş verir. Qadınlarda anemiya zamanı birinci menstruasiyanın normal olub, olmamağı öyrənilir. Çünki   menstruasiyanın  5-7 gündən artıq olması, qanaxma sayılır və qan çox itirildiyi üçün anemiya yaranır. Uşaqlarda isə daha çox düzgün qidalanmamaq qanazlığına gətirib çıxarır. Kişilərə gəldikdə isə mədə xorası, bağırsaq çatları və babasildən olan qanaxma anemiya yarada bilər. Bundan başqa, maşın düzəltmə yerlərində işləyən kişilərdə benzinlə təmasda olduğu üçün qanazlığı daha çox baş verir. Hətta vaxtında müalicəsi aparılmasa çox ciddi fəsadı ola bilər”. 
 
C.Məmmədli bildirib ki, hamilə qadınlarda qanazlığı fizioloji ola bilər: 
 
“Ana olmağa hazırlaşan qadınlarda qanazlığının baş verməsi normal sayılır. Çünki o artıq ikinci bir can daşıyır və uşaq ana bətnində onun qanı ilə qidalanır. Hamilə qadınlara dəmir, vitamin preparatları verilməlidir, əks halda dünyaya gələcək uşaqlarda da qanazlığı baş verə bilər. Bundan başqa anemiya hamiləliyin vaxtından əvvəl sonlanması ilə nəticələnə bilər”.
 
Həkimin sözlərinə görə, qanazlığı əlamətləri bunlardır:
 
“Anemiya olan insanların rənglərində solğunluq və halsızlıq olur. Belə ki, qanazlığı olan insanlar çox vaxt tez yorulurlar. Təngnəfəslik, başgicəllənmə, bəzən baş ağrısı, tərləmə, ağızda quruluq, qulaqda küy, nəfəs darlığı hətta hərarətin yüksəlməsi ilə də müşahidə edilir”.
 
C.Məmmədli qeyd edib ki, qanazlığı zamanı öncə səbəbi araşdırılmalı daha sonra müalicəsi aparılmalıdır: 
 
“Müalicə anemiyanı yaradan səbəbə uyğun aparılmalıdır. Bunun üçün qanazlığının nədən baş verdiyi araşdırılıb sonra müalicə başlanılır. Anemiyanın vaxtında qarşısı alınmasa gələcəkdə daha ağır nəticəsi ola bilər”.
 
 
Hematoloq Şəhla Şabanova isə bildirib ki, qanazlığı müxtəlif səbəblərdən əmələ gəlir və davametmə müddətinə görə fərqli olur:
 
“Anemiya xəstəlik deyil, bu bir haldır. Qadınlarda menstruasiya dövrü zamanı qanazlığı yarana bilər. Belə ki, menstruasiya zamanı qanla bərabər dəmir də itiririk. Bu da anemiyaya səbəb olur. Bundan başqa, anemiyanın bir çox növü var. Məsələn, yeməkdən sonra içdiyimiz çay, qəhvə qanazlığı yarda bilir. Eyni zamanda anemiyanın irisi növləri də var, leykoz, leykemiya, talassemiya və s. Amma hamiləlik zamanı yaranan qanazlığı daha çox düzgün qidalanmama nəticəsində baş verir. Qeyd etdiyim kimi, qanazlığı zamanı onun növü araşdırılır və baş vermə səbəbinə uyğun müalicə aparılır.
 
 
 
# 2829
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar