
Kür çayında suyun səviyyəsi kəskin düşdü - Baş hidroloq
Kür çayında suyun səviyyəsi kəskin şəkildə aşağı düşüb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, son günlər ölkə ərazisində hava şəraitinin yağmursuz keçməsi ilə əlaqədar respublikanın həm iri, həm də digər kiçik çaylarda sululuq normadan bir qədər aşağıdır.
Baş hidroloq qeyd edib ki, Kür çayının Mingəçevir su anbarından aşağıda yerləşən hissələrində də demək olar ötən illə müqayisədə suyun səviyyəsi təxminən 15-20 sm düşüb:
“Kür çayının Zərdab məntəqəsində son 1-2 gün ərzində suyun səviyyəsində bir qədər artım müşahidə olunsa da, aşağı hissələrdə suyun səviyyəsində azalma var. Ötən ilin analoji dövrü ilə müqayisədə bu il suyun səviyyəsi 15-20 sm aşağıdır. Bunun da əsas səbəblərindən biri hava şəraitinin yağmursuz keçməsi, çaylarda suyun az olması, eyni zamanda suya olan tələbatdır. Ölkə çaylarında əsasən yaz və payız dövründə yağıntılarla əlaqədar gursululuq dövrü nisbətən suyun artımı müşahidə olunur. Payız aylarında da yağacaq yağışlar güman edirəm ki, çaylarda suyun səviyyəsini bir qədər artıracaq. Kür çayının Yevlax məntəqəsində ötən illə müqayisədə suyun səviyyəsi 38 sm, Zərdab məntəqəsində 71 sm, Şirvanda 13 sm, Salyanda 17 sm və Neftçala Bankə məntəqəsində 14 sm suyun səviyyəsi aşağıdır”.
Oxşar yazılar
Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04
Sabah iki rayonun qazı kəsiləcək
2 iyul 2025 , 15:50
Sabah çimərliklərdə hava küləkli olacaq - XƏBƏRDARLIQ
2 iyul 2025 , 14:19
Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
2 iyul 2025 , 14:04
“Polis Günü” ilə bağlı təntənəli tədbir keçirildi -FOTOLENT -VİDEO
2 iyul 2025 , 12:54