Vaqif Bayatlı Odərin yeni kitabı çapdan çıxıb
12 oktyabr 2019 11:00 (UTC +04:00)

Vaqif Bayatlı Odərin yeni kitabı çapdan çıxıb

 

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən görkəmli şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərin “Bəy Atlı şeirlər” kitabı işıq üzü görüb.

 

Lent.az xəbər verir ki, Afaq Məsudun “Göz yaşıyla axan şair” essesi ilə başlayan kitaba şairin “Sən məni tanıyırdın, Əbədiyyət”, “Gəlin yalanları gerçəklərdən də gözəl eləyək...”, “Gülümsəyən doğma üz”, “Qurbanlar cəlladları ağlayar”, “Sevgidən dəli olmağa bu dünyada eşq azmış”, “Ölümsüzlük gəlməz, gedilər” kimi 250-dən çox şeiri daxil edilib. Şeirlərə dair rəsmlərin müəllifi Antalya Akdeniz Universitetinin professoru Məzahir Avşardır.

# 1149
avatar

Oxşar yazılar