Gələn ilin küçə dəbi: zəncirlər geri qayıdır - <span style="color:red;">FOTOLENT
08 oktyabr 2019 14:39 (UTC +04:00)

Gələn ilin küçə dəbi: zəncirlər geri qayıdır - FOTOLENT

Bu dəfə moda həftəsində 2020-ci ildə gündəmdə olacaq küçə dəbinin bəzi detalları bəlli olub.
 
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, modda nümayişini izləməyə gələn bir çox dizaynerlər 2020-ci ilin küçə modasını müzakirə ediblər.  
 
Mütəxəssislər bildirirlər ki, gələn il küçə dəbində yumşaq dəri çantalar yer alacaq. Bundan əlavə qalın kəmərlər və aksesuarlar da 2020-ci ilin dəbinə daxildir. Rəng olaraq isə torpaq tonları gündəmdə olacaq. Eyni zamanda 2019-cu ildə dəbdə olan ucu kvadrat ayaqqabılar, gələn il də gündəmdə olacaq. Artıq bir neçə ildir gündəmdən uzaq olan zəncir boyunbağılar bu il dəbə qayıdır. 2020-ci ildə qızıl, zəncir boyunbağılar trend olacaq.
 
Onu da qeyd edək ki, küçə dəbində "boyfriend" (kişi stili) şalvarlar, "klub pencəkləri" (blazer) jaket və köynəklər də yer alır.
 
# 1155
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar