
Şagirdlərin davamiyyəti barədə SMS-bildiriş xidməti bərpa olundu
Azərbaycanda şagirdlərin dərslərə davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidmətinin göstərilməsi bərpa olunub.
Bunu "APA-Economics"ə "Mobile Solutions & Marketing Technologies" şirkətindən (xidmətin operatoru) deyiblər.
Şirkətdən bildirilib ki, məktəblərin elektron jurnalları tədricən sistemə inteqrasiya olunur və abunəçi valideynlərə göstərilən "e-gündəlik" xidməti aktiv edilir.
"Müraciət edən valideynlərin məlumatları qeyd edilir və məktəblərin jurnalları hazır olan kimi, qeyd olunan mobil nömrələr "e-gündəlik" xidmətinə qoşulacaq", - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, xidmət yay tətili ilə əlaqədar olaraq yeni tədris ilinə qədər müvəqqəti olaraq aktiv deyildi. Hazırda qeyd olunan xidmət "Elektron məktəb" layihəsində iştirak edən 40-dan çox məktəbdə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, Quba, Ağdaş, İsmayıllı, Tovuz və Ağstafada) tətbiq olunub. Bu xidmətə ölkənin bütün mobil rabitə operatorlarından (“Bakcell”, “Azercell” və “Nar”) qoşulmaq olar. Xidməti aktiv etmək üçün məktəbə müraciət etmək və ya 9988 nömrəsinə şagirdin adı, soyadı, atasının adı, məktəbin, sinfin nömrəsi və ev telefonu qeyd olunmaqla qısa SMS göndərilməlidir. Xidmətin aylıq abunə haqqı 4,72 manat təşkil edir.
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46
İyulun əvvəlində yağış yağacaq, güclü külək əsəcək - Aylıq hava PROQNOZU
30 iyun 2025 , 16:16