05:57
06 Oktyabr 2019

İngiltərədə avtobusun aşması nəticəsində 37 nəfər xəsarət alıb

İngiltərənin cənub-qərbindəki Devon qraflığında ikimərtəbəli avtobusun aşması nəticəsində 37 nəfər yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Devon və Kornuol üzrə polis idarəsi məlumat yayıb.

“Qəza zamanı 37 nəfər travma alıb. Onlardan 8 nəfərinin travmaları olduqca ciddidir”, - polisin məlumatında belə deyilir.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Dİgər xəbərlər