Xalq artisti xəstəliyini Türkiyədə bildi -<span style="color:red;"> VİDEO
03 oktyabr 2019 18:10 (UTC +04:00)

Xalq artisti xəstəliyini Türkiyədə bildi - VİDEO

Müalicə olunması üçün Türkiyəyə yollanan Xalq artisti Naibə Allahverdiyeva Azərbaycana qayıdıb.

Lent.az-ın məlumatına görə, tanınmış aktrisa “Elgizlə izlə” verilişində bildirib ki, hazırda səhhəti normaldır:

“Çox zəifəm. Özümü həddindən artıq zəif hiss edirəm. Türkiyədə həkimlər dedilər ki, 6 aydan sonra yenidən müayinə olunmaq üçün İstanbula qayıtmalıyam. Xəstəliyimin səbəbini soruşdum, dedilər ki, beynində ocaqlar yaranıb, damarlar beynimdə daralır. Dedi ki, yaşadığın stresslərə görə belə olub. Ona görə də bütün insanlara demək istəyirəm ki, özlərini qorusunlar”.

Qeyd edək ki, N.Allahverdiyeva bundan öncə Lent.az-a açıqlamasında bu sözləri demişdi:

“Azərbaycanda bir çox həkimlərə müraciət elədim. Hərəsi bir xəstəliyin adını çəkdi. Tomoqrafiya etdirdim, yenə də başları çıxmadı. Bilirsiniz, nə qədər pulum çıxdı? Dərmanlara və müayinələrə verdiyim pulları saysam, şoka düşərsiniz. Azərbaycanda olan həkimlər məni qorxutdu. Konkret hansı xəstəlikdən əziyyət çəkdiyimi demədilər. Əvəzində 2 dəfə ölümlə üz-üzə qaldım. Bir həkim sistem vurdu, elə sistemin altında ölürdüm. Güclə ayıldım, Bunu mətbuata açıqladım. Amma sonra yenidən başqa həkimə getdim. O, dərman yazdı, dərmanı içəndən sonra rəsmən ölürdüm. Allaha çox şükür ki, sağ qaldım. 

 

# 1890
avatar

Yalçın UĞUR

Oxşar yazılar