65 və yuxarı yaş həddində olan vətəndaşlarımızın sayı AÇIQLANDI
01 oktyabr 2019 12:58 (UTC +04:00)

65 və yuxarı yaş həddində olan vətəndaşlarımızın sayı AÇIQLANDI

 
"Ölkə əhalisinin 6,4 faizini 65 və yuxarı yaş həddində olan şəxslər təşkil edir".
 
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 1-10 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahıalınmasına həsr olunan mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib.
 
Onun sözlərinə görə, demoqrafik güc məsələsində Azərbaycan müsbət ölkələrdəndir: "Azərbaycanda əhalinin gənc nəsli hər 1000 nəfərə 459 nəfər təşkil edir. Dünya Bankının rəsmi məlumatına görə, digər ölkələrlə müqayisədə Azərbaycanda demoqrafik güc müsbətdir. Gənclərin nisbi sayı ahılların nisbi sayından yüksəkdir. Bu o deməkdir ki, Azərbaycanda əhalinin təkrar istehsalı və artım tendensiyası müsbətdir. Düzdür, əvvəlki illərə nisbətən müəyyən qədər azalma tendensiyası müşahidə edilsə də, ümumi olaraq demoqrafik vəziyyət yaxşıdır".
 
Qeyd edək ki, 1 oktyabr - Beynəlxalq Ahıllar Günüdür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799

Oxşar yazılar