
Çağrı Mərkəzinə edilən bütün zənglər Baş prokurora məruzə ediləcək - YENİLİK
Prokurorluq əməkdaşlarının qanunsuz əməlləri barəsində Çağrı Mərkəzinə şikayət etmək mümkün olacaq
"Bu günə qədər də Baş Prokurorluğun qaynar xətti ilə əlaqə mərkəzi mövcud idi. Həmin mərkəz normal fəaliyyət göstərib. Dövlət başçısının tapşırığı var ki, vətəndaş-məmur münasibətləri tam yeni müstəvidə qurulmalıdır. Bundan sonra 961 nömrəli Çağrı Mərkəzi xidmət göstərəcək".
APA-nın məlumatına görə, bu barədə Baş Prokuror Zakir Qaralov deyib. O bildirib ki, vətəndaşlar bu nömrəyə pulsuz zəng edə biləcəklər: "Həmin Çağrı Mərkəzini idarə edən şöbə prokurorları prokurorluq əməkdaşlarının qanunsuz əməlləri barəsində şikayətləri qəbul edəcəklər. Eyni zamanda prokurorluğun fəaliyyət istiqaməti üzrə konkret cinayət işləri, baxılan materiallar və digər şikayətlərin dinlənilməsi həyata keçiriləcək. Bütün proseslər auido yazı ilə təsbit olunacaq. Bütün zənglər Baş prokurora məruzə ediləcək. Baş prokuror hər bir ərizəyə görə qərarların icrası ilə bağlı müvafiq tapşırıqlar verəcək”.
Oxşar yazılar

Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49