
Qəzet və jurnal redaksiyalarına XƏBƏRDARLIQ
Nazirlər Kabineti “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydası”nın təsdiq edilməsi haqqında” qərar verib.
APA-nın məlumatına görə, bu qayda Azərbaycan ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələrinə və digər hüquqi şəxslərə şamil olunur.
Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatına nəzarəti Mədəniyyət Nazirliyi həyata keçirir.
Aşağıdakı çap məhsulları bu qaydanın məqsədləri üçün məcburi nüsxələr hesab edilir:
-kitab, almanax və kitabçalar;
- dövri mətbuat materialları, qəzet və jurnallar;
- avtoreferat, monoqrafiya və dissertasiyalar;
- not yazıları, albom və statistik materiallar;
- xəritə, atlas və kartoqrafik materiallar;
- afişa, plakat və bukletlər;
- broşür, bülleten, açıqca və poçt markaları;
- dərsliklər, dərs vəsaitləri və proqramlar;
- özündə elmi, ədəbi və informativ məlumatları ehtiva edən digər nəşrlər.
Reklam və təbliğat məqsədilə çap edilən bütün növ nəşr məhsulları məcburi nüsxə hesab olunmur.
Kitabxanaları məcburi nüsxələrlə təmin edən subyektlər aşağıdakılardır:
- dövlət nəşriyyatları;
- qeyri-dövlət nəşriyyatları;
- nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri;
-qəzet və jurnal redaksiyaları;
- nəşriyyat fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxslər.
Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsi 10 iş günü müddətində “Kitabxana işi haqqında” qanunda göstərilmiş kitabxanalara və 2 pulsuz məcburi nüsxəsi kitabxanalara göndərilməlidir.
Qəzet və jurnal redaksiyalarının buraxdıqları qəzet və jurnalların 2 pulsuz məcburi nüsxəsi tirajın ilk buraxılışı hazırlanan kimi, bu qaydada göstərilmiş kitabxanalara göndərilməlidir. Sifarişçi ilə nəşriyyat (naşir) arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda, məcburi nüsxələrin elektron variantları da bu qaydada göstərilmiş kitabxanalara təqdim olunmalıdır. Məcburi nüsxələr nəşrin ümumi tirajına daxildir və sifarişçinin hesabına çap olunur.
Məcburi nüsxələr kitabxanalara bu qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş subyektlər tərəfindən birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim olunur. Məcburi nüsxələrin elektron variantı kitabxanaların saytlarında qeyd olunan ünvana elektron poçt və ya elektron daşıyıcılar vasitəsilə təqdim edilir.
Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46
İyulun əvvəlində yağış yağacaq, güclü külək əsəcək - Aylıq hava PROQNOZU
30 iyun 2025 , 16:16