
Yaşlı qadının mətbəxində qədim tablo aşkarlandı: 6 milyon dəyərində
Fransanın paytaxtı Parisdə yaşayan bir qadının mətbəxindən asılmış tablonun məşhur florensiyalı rəssam Cimabuenin əsəri olduğu üzə çıxıb. Tablonun dəyəri 6 milyon avro təsbit edilib.
Lent.az BBC-yə istinadla xəbər verir ki, "İsaya sataşmaq" adlı tablonun 13-cü əsrdə Cimabuenin çəkdiyi bir neçə rəsm əsərindən biri olduğu bildirilir.
Qadın illərdir mətbəxindən asdığı tablonun dəyərini öyrənmək üçün mütəxəssislərə müraciət edəndən sonra əsərin həm müəllifi, həm də qiyməti məlum olub.
Fransanın "Le Figaro" qəzetinə müsahibə verən ekspert Eric Turquin tablonun orijinal olduğunun təsdiqləndiyini söyləyib. "Bu əsər eyni əldən çıxıb" deyən Turquin onun həm də Cenni di Pepo adıyla tanınan Cimabue tərəfindən çəkildiyini deyib.
Əsərin 13-cü əsrə aid olmasını laboratoriya analizi də təsdiq edib.
Adı açıqlanmayan qadının tablonu gələn ay hərracda satışa çıxaracağı bildirilir.
Eyni seriyadan olan digər iki tablodan biri İngiltərənin paytaxtı London şəhərindəki Milli Qalereyada, digəri isə ABŞ-ın Nyu-York şəhərindəki Frick Kolleksiyasında saxlanır.
Oxşar yazılar

Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49