Operanın səhnəsində “Nəsimi” baleti
25 sentyabr 2019 10:29 (UTC +04:00)

Operanın səhnəsində “Nəsimi” baleti

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarına yeni salınan “Nəsimi” baleti oktyabrın 15-də növbəti dəfə oynanılacaq.

Lent.az xəbər verir ki, baletdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun musiqisindən istifadə olunub.

Balet-tamaşa İmadəddin Nəsiminin həyatından bəhs edir. Quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti mükafatları laureatı Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Azərbaycanın Əməkdar rəssamı Nüsrət Hacıyev, kostyumlar üzrə rəssam Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur.

Səhnə əsərində teatrın balet truppasının aparıcı solistləri - Anar Mikayılov (şair Nəsimi), Əməkdar artistlər Nigar İbrahimova (Nəsiminin həyat yoldaşı), Samir Səmədov (Nəimi), həmçinin İslam Məmmədov (gənc Nəsimi) və Dinara Şirinova (Nəsiminin qızı) çıxış edəcək.

 

# 862
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar