
Azərbaycanda gənc qadını oğurladılar - TƏFƏRRÜAT
Gəncədə bir neçə gün əvvəl itkin düşməsi ilə bağlı xəbəri yayılan qadının oğurlandığı məlum olub.
Yaxınlarının APA-ya verdiyi məlumata görə, Gəncə şəhəri, Kəpəz rayon sakini, 1990-cı il təvəllüdlü Vüsalə Hüseynova 4 gün əvvəl yoxa çıxıb. Belə ki, sentyabrın 21-də axşam Ramin Hüseynov işdən evə qayıdanda həyat yoldaşının evdə olmadığını, evin pəncərəsinin sındırıldığını və yerdə qan izlərinin olduğunu görüb. O, bu barədə dərhal polisə məlumat verib.
V. Hüseynovanın zorla oğurlandığı ehtimal edilir.
Faktla bağlı Kəpəz rayon Polis İdarəsində cinayət işi başlanıb.
Hazırda V.Hüseynovanın yerinin müəyyən edilərək tapılması istiqamətində axtarışlar davam etdirilir.
***
23 sentyabr, saat 12:27
Gəncədə 29 yaşlı gəlin itkin düşüb.
APA-nın məlumatına görə, şəhər sakini Ramin Hüseynov Kəpəz rayon Polis Bölməsinə müraciət edərək həyat yoldaşı Vüsalə Hüseynovanın yaşadığı evdən çıxıb getdiyini və geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

“Sputnik V” peyvəndini ilk sınaqdan keçirən alim faciəvi şəkildə öldü
12 iyul 2025 , 13:39
"Zerkalni" nömrə verən yol polisi rəisi İŞDƏN QOVULDU
12 iyul 2025 , 12:23
İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu
12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN
12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı
12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki
12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42