Hərbçimiz naməlum şəraitdə həlak olub
21 sentyabr 2019 17:45 (UTC +04:00)

Hərbçimiz naməlum şəraitdə həlak olub

Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

# 1823
avatar

Oxşar yazılar