
Nazir: "Güllələnmiş heykəllər" mütləq doğma yerlərinə qaytarılmalıdır"
Milli Musiqi Günündə mədəniyyət və ictimaiyyət nümayəndələri Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan “Güllələnmiş heykəllər”i ziyarət ediblər.
APA-nın məlumatına görə, Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, "Güllələnmiş heykəllər" mütləq öz doğma yerlərinə qaytarılmalıdır.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində Üzeyir Hacıbəylinin, Xurşudbanu Natəvanın, Bülbülün heykəlləri Şuşada yenidən ucaldılacaq: "Biz var qüvvəmizlə çalışacağıq ki, o torpaqlar qaytarılsın və dahi Üzeyir bəyin vətənində onun musiqiləri səsləndirilsin".
Daha sonra Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri önünə tər güllər düzülüb, xatirələri hörmətlə anılıb.
Oxşar yazılar

Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29